“Fikirləşirsən ki, “babat şeydir”, axırda başqa cür çıxır”


Şou-biznes 11 İyl 2019 14:24:00 201 0

“Fikirləşirsən ki, “babat şeydir”, axırda başqa cür çıxır”

Dəfələrlə "Kaş ki, filankəs qarşımıza çıxmazdı", "Kaş ki, filan hadisəni görməzdik" kimi hallarla qarşılaşırıq. Bəs, məşhurlar hansı halla qarşılaşmaq istəməzdi?

Yerli məşhurlar axşam.az-ın "Nəyi görüb, kaş ki, görməzdim demisiniz" sualını cavablandırıblar:

Müğənni Elvin Abdullayev:

"Son günlər ona xəyanət edən arvadını çəkib İnstaqrama yerləşdirənlərə baxıram, deyirəm ki, kaş ki, görməzdim. Çünki xəyanət edən insan bir kənara, onu çəkib reallaşdıran daha şərəfsizdir".

Aktrisa Sevinc Əliyeva:

"Yerdə sürünən, gəzən həşaratları heç vaxt görmək istəmirəm. İyrənirəm və qorxuram".

Aparıcı Cavid Gül:

"Əvvəllər ev telefonları ilə qızla danışırdın, fikirləşirdin ki, bu, "babat şeydir". Sonra gedib, görürdün ki, bu, nədir? İki-üç ay telefonla danış, axırda başqa cür çıxsın".

Müğənni Nura Suri:

"Bunu çox şeyə deyirəm. Neqativ halları görmək istəməzdim. İstər virtual, istərsə də real həyatda insanların əziyyətinə, haqsızlığı görməyə dözə bilmirəm. Yardım edə bilmirsən, bu, sənə pis təsir edir. Bununla yaşamaq çətindir. Biri var ki, bir dəfə kömək edirəm, ondan artığına gücüm çatmır. Onların sabahını necə yaşayacağını bilmirsən. Ona görə deyirsən ki, kaş görməzdim. Mən empatam, onların yaşadıqlarını özü içimdə hiss edirəm. Mənə belə hallar çox çətindir. Çünki biganə, laqeyd insan deyiləm. Başqa insanların, canlıların problemi mənə pis təsir edir".