Silverstoun daha 5 il Formula 1-ə ev sahibliyi edəcək


İdman 11 İyl 2019 13:41:00 236 0

Silverstoun daha 5 il Formula 1-ə ev sahibliyi edəcək

Böyük Britaniya daha 5 il “Formula 1” üzrə dünya çempionatının təqvimində yer alacaq.

Bununla bağlı “Formula One Management Limited”lə yerli Təşkilat Komitəsi arasında 2024-cü ilə qədər müqavilə bağlanılıb.

“Formula 1” yarışları 1950-ci ildən Silverstoun transında baş tutur.

Qeyd edək ki, “Formula 1” Azərbaycan da daxil olmaqla, 21 ölkədə keçirilir. Yeni mövsümdən etibarən, təqvimdə Hollandiya və Vyetnam Qran-priləri yer alacaq. Əvəzində Meksika və İtaliyadakı mərhələlərin ixtisara düşəcəyi gözlənilir.