Neftçalada “Mercedes” aşdı - 1 ölü, 3 yaralı


Digərləri 11 İyl 2019 13:41:00 215 0

Neftçalada “Mercedes” aşdı - 1 ölü, 3 yaralı

Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 20 radələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində Bankə qəsəbə sakini Mirzamir Əmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və həmyerliləri olan sərnişinləri M.Əmirov, T.Ağasıyev, Şahlar Əmirov və qardaşı xəstəxanaya yerləşdirilib, Ş.Əmirov orada ölüb.