Rusiyada İES-də güclü yanğın - Xəsarət alanlar var


Digərləri 11 İyl 2019 13:46:00 161 0

Rusiyada İES-də güclü yanğın - Xəsarət alanlar var

Rusiyanın Moskva vilayətində istilik elektrik stansiyasında (İES) güclü yanğın başlayıb

Bakı. Rusiyanın Moskva vilayətində istilik elektrik stansiyasında (İES) güclü yanğın başlayıb. Trend-in məlumatına görə, "Severnaya" İES-dəki yanğın nəticəsində 8 nəfər xəsarət alıb. Qeyd olunur ki, stansiyada baş vermiş yanğın yaxınlıqdakı yaşayış zonasına təhlükə törətmir. Hazırda yanğının söndürülməsi istiqamətində iş davam edir.