Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı


Dünya 11 İyl 2019 13:34:00 250 0

Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.

Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 8-dən həyata keçirilib.

Qeyd edək ki, bu həftə ərzində artıq ikinci dəfədir ki, Dardanel boğazı beynəlxalq gəmiçilik üçün bağlanır.