İstirahət mərkəzində əxlaqsızlıq...


Kriminal 11 İyl 2019 13:25:00 237 0

İstirahət mərkəzində əxlaqsızlıq...

Qusar rayonunda istirahət mərkəzində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Elman Yarmətovun barəsində cinayət işi başlanıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Elman Yarmətovun barəsində Qusar Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Araşdırma zamanı məlum olub ki, o, rayon ərazisində işlətdiyi istirahət mərkəzinin otaqlarında əxlaqsızlıq yuvası təşkil edib.

Maddi gəlir əldə etdmək məqsədilə Elman Yarmətov həmin yerdə yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərlə görüşdürüb.

Bunun müqabilində intim əlaqəyə girən kişilərdən pul alıb.

İstintaq orqanı tərəfindən Elman Yarmətovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.