Bakıda külək güclənəcək, rayonlara yağış yağacaq


Digərləri 11 İyl 2019 13:05:00 167 0

Bakıda külək güclənəcək, rayonlara yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. Abşeron çimərliklərində cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.