Azərbaycanda Əməyin Mühafizəsi Fondu yaradılacaq


Digərləri 11 İyl 2019 12:56:00 210 0

Azərbaycanda Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu günədək Azərbaycanda əmək qanunvericiliyinin prinsiplərinə ənənəvi yanaşma mövcud olub

Bakı. Kəmalə Məmmədli - Bu günədək Azərbaycanda əmək qanunvericiliyinin prinsiplərinə ənənəvi yanaşma mövcud olub, amma Beynəlxalq Əmək Təşkilatının təklif etdiyi konsepsiya özündə fəal yanaşma və strateji həll yolları ehtiva edir. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib. Onun sözlərinə görə, bu konsepsiyaya uyğun olaraq yaxın zamanlarda Əməyin Mühafizəsi Fondu yaradılacaq.