Yunanıstanda fövqəladə vəziyyət elan edildi


Digərləri 11 İyl 2019 12:41:00 224 0

Yunanıstanda fövqəladə vəziyyət elan edildi

Yunanıstanın şimalındakı Xalkidiki yarımadasında kəskin hava şəraitinin səbəb olduğu fəsadlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bakı. Yunanıstanın şimalındakı Xalkidiki yarımadasında kəskin hava şəraitinin səbəb olduğu fəsadlarla əlaqədar fövqəladə vəziyyət elan edilib. Trend-in məlumatına görə, bölgədə ötən gecə tüğyan etmiş qasırğa altı nəfərin ölümünə səbəb olub. Bir nəfər itkin düşüb, yüzə yaxın şəxs xəsarət alıb. Qasırğa nəticəsində çox sayda ağac qırılıb, yaşayış evləri dağılıb.