"KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı
Digərləri 11 İyl 2019 12:22:00 61 0
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, hadisə Bakı-Qazax-Rusiya sərhədi yolunun 147-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, Gəncə şəhərində müvəqqəti məskunlaşan, 1976-cı il təvəllüdlü Ağayev Fikrət Əvəz oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və eyni istiqamətdə qarşıda hərəkətdə olan 1963-cü il təvəllüdlü Gəncə şəhər sakini Cəlalov Arif Əmrah oğlunun idarə etdiyi "MAZ" markalı dartıcının arxasında olan yarımqoşquya çırpılıb.
Hadisə nəticəsində "KamAZ" markalı yük maşınının sürücüsü yerindəcə keçinib.
Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

Ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə g

Bakının Xəzər rayonunda ailə-məişət münaqişəsi zəminində qətl tör

İyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə tes

Baş Prokurorluq və Ədliyyə Nazirliyi Penitensiar Xidmət Gəncə hadisələr

Azərbaycanda yaxın zamanlarda tətbiq olunacaq icbari tibbi sığorta sistemi

Toyun səhəri günü arvadı ölən kişi cinayətdə ittiham olunur.

Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi

Ötən günlərdə aparıcı İlqar Mikayıloğlunun "Geyləri və lezbiyan

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin

23 yaşlı stüardessanın hotel otağından cəsədi tapılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sığorta növünün tətbi

Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ v
