"Euromoney" Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!
Digərləri 11 İyl 2019 12:26:00 52 0
Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney" jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence" mükafatının təntənəli təqdimatı mərasimində açıqlanıb.
Bu xəbəri də oxu: “Azərbaycan Sənaye Korporasiyası” “Uzbekipaksanoat” ilə ipəkçiliyin inkişafı ilə bağlı memorandum imzalayıb
Müxtəlif kateqoriyalar üzrə "İlin bankı" mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.
1969-cu ildə yaradılmış "Euromoney" qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən "Euromoney" jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində "Euromoney" mükafatların sahiblərini müəyyənləşdirir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: "Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq".
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayə

Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

Ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə g

Bakının Xəzər rayonunda ailə-məişət münaqişəsi zəminində qətl tör

İyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə tes

Baş Prokurorluq və Ədliyyə Nazirliyi Penitensiar Xidmət Gəncə hadisələr

Azərbaycanda yaxın zamanlarda tətbiq olunacaq icbari tibbi sığorta sistemi

Toyun səhəri günü arvadı ölən kişi cinayətdə ittiham olunur.

Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi

Ötən günlərdə aparıcı İlqar Mikayıloğlunun "Geyləri və lezbiyan

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin

23 yaşlı stüardessanın hotel otağından cəsədi tapılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sığorta növünün tətbi
