“Kişisənsə, geyləri efirə çağır və öldür”


Digərləri 11 İyl 2019 12:04:00 247 0

“Kişisənsə, geyləri efirə çağır və öldür”

Ötən günlərdə aparıcı İlqar Mikayıloğlunun "Geyləri və lezbiyanları öldürmək lazımdır" deyə, yazdığı status sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, tənqid atəşinə tutulan aparıcıya daha bir irad eks-həmkarı Aynur Talıbovadan gəlib.

O, "Facebook"da İlqar haqda xatirələrini bölüşüb və fikrinə belə münasibət bildirib:

"15-16 il əvvəlin söhbətidir... Rəhmətlik ANS - "Marş" verilişinin müəllifi kimi İlqarın masasının üstü hərbi vertolyot və oyuncaqlarla dolu olardı. İstədiyi tək şey müharibə çağırışı idi, savaşmaq eşqi...

Bu imicinə zərər dəyməsin deyə, radio proqramlarda səsləndirmələrə də ehtiyatla yanaşırdı ki, insanlar səhv salmasınlar. Eyni şəkildə Mətanət də (Mətanət Əliverdiyeva - red.) xəbərin səsi idi və televiziyadan uzaq durmağı üstün tuturdu. Çox uzaq tarix deyil, amma anlatdıqlarım nağıl da deyil. Dediklərimi canlı yaşayanlar təsdiqləyər. Nə oldusa, sonradan oldu - İlqara da... Ən son özüylə də bu haqda danışmışdıq. Əl atdığı üsul bu cəmiyyətdə sağ qalmağın ən sağlam yollarından biridir".