Novruz Məmmədov: "Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəricisidir"
Digərləri 11 İyl 2019 11:09:09 68 0
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. İclasda səslənən statistik rəqəmlər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların səmərəliliyini və insan amilinin yüksəlişinə xidmət etdiyini bir daha təsdiqləyir.
Bu xəbəri də oxu: Quru meyvələrin faydaları
Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Baş nazir Novruz Məmmədov bildirib.
Baş nazirin sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xəttilə 200 milyon manatdan artıq əlavə vəsait toplanmış, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb: "Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə - 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəriciləri kimi qeyd olunmalıdır".
N.Məmmədov qeyd edib: "Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 8 ildir ki, MDB ölkələri arasında birincidir. Forumun "İnklüziv İnkişaf İndeksi 2018" hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.
Almaniyada konsert verən qalmaqallı türk müğənnisi Hadisə erotik rəqsi i

Şəki şəhərində bədbəxt hadisə baş verib.

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayə

"Aksesuar İnşaat" şirkəti son günlərdə ölkənin bəzi kütləv

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı

İyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə tes

Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində ke&cc

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafı

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də Azərbaycan Respublikası Müda

Azərbaycan və Türkiyə aktyorları növbəti layihədə bir araya gəlirlər.

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı

Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb.

Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov UEFA &Ccedi

Tanınmış aparıcı hacı Nuran Hüseynov məşhur aktyor, xalq artisti Fəxr
