Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci yerin qalibi olub (FOTO)


Digərləri 11 İyl 2019 11:15:00 193 0

Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci yerin qalibi olub (FOTO)

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.

Bakı. "Azərkosmos" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb. Trend-in məlumatına görə, müsabiqədə iştirak etmiş komandalar final mərhələdə “Peyk modellərinin uçuş sonrası hesabatı”nı təqdim edib. Komandalar yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib. Qiymətləndirmənin yekununa əsasən 2-ci yerin qalibi Bakı Ali Neft Məktəbinin “Can of Duty” komandası olub. Ali Məktəbi müsabiqədə həmin komandanın üzvləri, Proseslərin avtomatlaşdırılması mühəndisiyi ixtisasının III kurs tələbəsi Fərid Həmidov, IV kurs tələbələri Rüstəm Həsənov, Mirəkrəm Ağalarov və Hüseyn Nəcəfov təmsil edib. “Cansat Azərbaycan 2019” model peyk müsabiqəsi bu ilin yanvar ayından etibarən elan edilib və müsabiqədə ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib.