Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə yenə təxirə salındı


Digərləri 11 İyl 2019 11:16:00 180 0

Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə yenə təxirə salındı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə Ali Məhkəmədə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bakı. Samir Əli - Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə Ali Məhkəmədə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Trend-in məlumatına görə, hakim Əziz Seyidovun sədrlik etdiyi proses baş tutmayıb. Qeyd edək ki, həmin şikayət üzrə ötən proses də təxirə salınmışdı. Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.