Nazim Babayev Universiadada qızıl medal qazandı


İdman 11 İyl 2019 10:48:00 281 0

Nazim Babayev Universiadada qızıl medal qazandı

Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.

Goal.az xəbər verir ki, 22 yaşlı idmançı 3 təkanla tullanma yarışında birinci olub. 16,89 nəticə göstərən idmançımız karyerasında ikinci dəfə Universiada çempionu olub.

Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da bütü rəqiblərini üstələyib.