"Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir"


Digərləri 11 İyl 2019 10:25:00 60 0

"Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir"

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Bu xəbəri də oxu: Manatın MƏZƏNNƏSİ

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikiri Baş nazir Novruz Məmmədov bildirib.

N.Məmmədov qeyd edib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və 2014-cü il 27 fevral tarixli "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan vermişdir.

Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bölgələrin inkişafı üçün dördüncü dövlət proqramının da hazırlandığını diqqətə çatdırmışdır. Ötən illərdə görülən tədbirlərə rəğmən əlavə dəyərin formalaşdırılmasında özünü göstərən fərq sayca dördüncü dövlət proqramının qəbulunu da zəruri etmişdir. Azərbaycan Prezidentinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qarşıdakı illərdə bölgələrin inkişafına yeni təkan olacaqdır.

Statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 46,7 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.

Polina Qaqarina bədən quruluşu ilə öyündü  FOTO like
  • 11 İyl 10:15  
Digərləri Polina Qaqarina bədən quruluşu ilə öyündü FOTO

Rusiyalı müğənni Polina Qaqarina makiyajsız fotosunu paylaşıb.

arrow Ətraflı
Türkiyədə meşələr yanır like
  • 11 İyl 10:11  
Digərləri Türkiyədə meşələr yanır

Türkiyənin cənub-qərbində Muğla vilayətinin Dalaman rayonunda meşə yan

arrow Ətraflı
İri budlu model yenə gündəmdə  FOTO like
  • 11 İyl 10:06  
Digərləri İri budlu model yenə gündəmdə FOTO

"Rus Kardaşyan" kimi tanınan "plus-size" model Anastasiya

arrow Ətraflı
2 nəfər zəhərlənib öldü - Saxta spirtli içkidən like
  • 11 İyl 10:05  
Digərləri 2 nəfər zəhərlənib öldü - Saxta spirtli içkidən

Türkiyənin Adana vilayətində saxta spirtli içkidən zəhərlənmə baş ver

arrow Ətraflı
AccessBank tender elan edir like
  • 11 İyl 09:58  
Digərləri AccessBank tender elan edir

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət ed

arrow Ətraflı
Cəbhədən YENİ XƏBƏR like
  • 11 İyl 09:53  
Siyasət Cəbhədən YENİ XƏBƏR

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində ni

arrow Ətraflı
Türk sevgilisi açıqsaçıq videosuna görə şou ulduzunu döydü  FOTO like
  • 11 İyl 09:48  
Digərləri Türk sevgilisi açıqsaçıq videosuna görə şou ulduzunu döydü FOTO

Rusiyada yayımlanan "Dom-2" layihəsinin keçmiş iştirakçısı Mar

arrow Ətraflı
Kamal Abdullaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı təqdim edilib like
  • 11 İyl 09:44  
Digərləri Kamal Abdullaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı təqdim edilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik K

arrow Ətraflı
Neftçi və Səbail Avropa Liqasında ilk oyununu keçirir like
  • 11 İyl 09:43  
İdman Neftçi və Səbail Avropa Liqasında ilk oyununu keçirir

Bu gün 2 komandamız UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

arrow Ətraflı
2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyində 1847 müraciətə baxılıb like
  • 11 İyl 09:39  
Digərləri 2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyində 1847 müraciətə baxılıb

2019-cu ilin I yarısında Energetika Nazirliyi və tabeliyində olan Enerji Mə

arrow Ətraflı
Rusiyada ən ucuz evlər bu regionlardadır like
  • 11 İyl 09:35  
Dünya Rusiyada ən ucuz evlər bu regionlardadır

2018-ci ilin iyunundan 2019-cu ilin iyununa qədər olan dövr ərzində Rusiyan

arrow Ətraflı