Xoruza gecələr banlamağı "qadağan etdilər"


Digərləri 11 İyl 2019 09:21:00 203 0

Xoruza gecələr banlamağı "qadağan etdilər"

İsveçrənin Sürix bölgəsində üç ailə evində xoruz və toyuqlar saxlayan qonşularını məhkəməyə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, ev quşları saxlayan ailəyə qarşı əsas şikayət xoruzun banlamasıdır.

Belə ki, xoruzun səsindən narahatlıq keçirən qonşuları toyuqların varlığı qıcıqlandırmır.

Məhkəmə isə bununla bağlı qərar çıxarıb. Qərara əsasən, xoruzun sahibi adi günlərdə 22.00-dan 08.00-dək, bazar günləri isə 22.00-dan 09.00-dək onun banlamasının qarşını almalıdır.