“eSIM” texnologiyasını dəstəkləyən qurğuların tədarükü 5 dəfə artacaq


Digərləri 11 İyl 2019 08:51:00 245 0

“eSIM” texnologiyasını dəstəkləyən qurğuların tədarükü 5 dəfə artacaq

"Counterpoint Technology Market Research" şirkəti "eSIM" (embedded SIM) texnologiyasını dəstəkləyən qurğuların qlobal bazarı üzrə proqnoz dərc edib.   "ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, "eSIM" quraşdırılmış SİM kartdır. Texnologiya qurğuda xüsusi identifikasiya çipinin mövcudluğunu nəzərdə tutur: o, adi fiziki SİM kartdan istifadə etmədən müvafiq texnologiyanı dəstəkləyən istənilən mobil rabitə operatoruna qoşulmağa imkan verir.   Bildirilir ki, 2018-ci ildə dünya miqyasında "eSIM" dəstəkli 364 milyona yaxın müxtəlif qurğu tədarük edilib.   Şirkət analitiklərinin proqnozuna görə, 2025-ci ildə "eSIM" qurğularının tədarük həcmi 2 milyard ədədə çataraq 5 dəfə artacaq.   Beləliklə, növbəti onilliyin ortalarınadək olan dövr üçün "CAGR" göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 27 faiz səviyyəsində olacaq.   "eSIM" texnologiyası təkcə smartfon, planşet və "ağıllı" saatlar kimi mobil qurğular seqmentində deyil, eyni zamanda "Əşyalar interneti", dronlar, internetə qoşulmuş avtomobillər və s. sahələrdə tətbiq ediləcək. Son.az