ABŞın yeni səfiri David Satterfild Türkiyəyə gəlib


Dünya 11 İyl 2019 08:33:00 223 0

ABŞın yeni səfiri David Satterfild Türkiyəyə gəlib

ABŞ-ın Türkiyədəki yeni səfiri David Satterfild Ankaraya gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, hava limanında D.Satterfildi ABŞ-ın Türkiyədə müvəqqəti işlər vəkili Cefri M. Xovenye qarşılayıb.

ABŞ səfirliyinin rəsmi Twitter səhifəsində bu barədə yazılıb: "ABŞ-ın Türkiyədəki səfiri təyin olunmuş David Satterfildin bu gün Ankaraya gəldiyini elan etməkdən məmnuniyyət duyuruq. Türkiyəyə xoş gəlmisiz!".

Qeyd edək ki, D.Satterfild əvvəllər Yaxın Şərqdə, Fars Körfəzində, Livanda və İraqda işləmişdir.