Tesla şirkəti ilin sonuna kimi öz elektromobillərini yeniləyəcək


Digərləri 11 İyl 2019 08:35:00 207 0

Tesla şirkəti ilin sonuna kimi öz elektromobillərini yeniləyəcək

Yenilənmə təkcə kompüterlərə deyil həmçinin digər ağıllı eletronikalara da tətbiq olunur. Tesla şirkətinin CEO-su Elon Musk istifadəçilərin suallarına cavab verən zaman bildirib ki, şirkət özünün Model S, Model X və Model 3 elektromobil modellərinin çiplərini yeniləməyə başlayacaq. Perspektiv cəhətdən bu cür yenilənmə istifadəçilərin tamamilə avtopilot sistemini əldə edəcəklərinə yol aça bilər. Bu barədə Techcrunch saytına istinadən 4pda saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, Musk-ın sözlərinə əsasən şirkətin elektromobil modellərində çiplərin dəyişdirilməsinə bu ilin dördüncü rübündə start verilməlidir. Daha öncə Musk bildirmişdi ki, bu cür yenilənmə, qiyməti 6000$ təşkil edən Full Self-Driving avtonom idarəetmə sistemini özündə birləşdirən proqram paketini almış alıcılar üçün pulsuz şəkildə reallaşdırılacaq. Güman olunur ki, gələcəkdə elektromobil sahibləri fiziki idarəetmədən tamamilə imtina edə biləcəklər.

Sadəcə olaraq elektromobilə yekun təyinat nöqtəsini daxil etmək kifayət edəcək. Bu ilin aprel ayında Tesla tərəfindən təqdim olunmuş yeni çip bu cür nəticənin əldə olunmasında əsas rolu oynayır. Bu ilin mart ayından başlayaraq yeni Model X ilə Model S modelləri həmin çip ilə təchiz olunurlar. Aprel ayından başlayaraq isə həmin çip yeni Model 3 elektromobil modellərinə quraşdırılır.