“Android” və “Chrome”un düyməli telefonlar üçün versiyası olacaq


Digərləri 11 İyl 2019 08:21:00 265 0

“Android” və “Chrome”un düyməli telefonlar üçün versiyası olacaq

"Google" şirkəti cari ilin əvvəlindən sensor ekransız düyməli telefonlar və inkişaf etməkdə olan ölkələrdə populyar olan "Kai OS" sistemi ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuş "Android" və "Chrome" brauzerinin versiyaları üzərində işləyir. "9to5google.com" nəşri düyməli telefonlar üçün nəzərdə tutulmuş "Google" brauzerini sınaqdan keçirməyə müvəffəq olublar.   Son.az ICTnews-a istinadən bildirir ki, müvafiq kod "Chromium" layihəsinin bazasında aşkar edilib. Bu layihə eyni adlı brauzer mühərrikinin hazırlanmasını nəzərdə tutur. Proqramçılardan biri kodu kompilyasiya edərək onu yoxlamaq üçün jurnalistlərə təqdim edib. Son.az