ABŞda neft ehtiyatları həftə ərzində 9,5 milyon barrel azalıb


Digərləri 11 İyl 2019 07:45:00 217 0

ABŞda neft ehtiyatları həftə ərzində 9,5 milyon barrel azalıb

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 9,5 milyon barrel azalaraq 5 iyul tarixinə 458,99 milyon barrelə çatıb.

Son.az qol.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi bildirib.

Bildirilir ki, analitiklər ehtiyatların 2,9 milyon barrel azalmasını gözləyirdi.

Londondakı ICE birjasında 2019-cu ilin sentyabr ayında Brent markalı neftin tədarükünə dair fyuçerslərinin kotirovkaları 66,06 dollara qədər yüksəlib.