İbn Sinanın sağlam qidalanma barədə məsləhətləri


Digərləri 10 İyl 2019 23:25:00 405 0

İbn Sinanın sağlam qidalanma barədə məsləhətləri

Müasir təbabətin banisi adlandırılan məşhur loğman Əbu Əli ibn Sina 270-dən çox əsərin müəllifidir. Onun bir sıra məsləhətləri əsrlər keçəndən sonra da öz aktuallığını saxlayır.

Son.az AZƏRTAC-a istinadən bu məsləhətlərdən bəzilərini təqdim edir.

1.Yay vaxtı turşməzə yeməklər, məsələn, tam yetişməmiş üzüm yeyin. Nar şirəsi, tam yetişməmiş üzüm şirəsi için, hind xurması yeyin.

2.Kökəldilmiş heyvanların ətini yeməkdən çəkinin, çünki bu, öd şirəsi ifrazını artırır. Payızda qarpız və üzüm yeyin, çünki belə yeməyin heç bir ziyanı yoxdur.

3.Müalicəvi prosedurların ən xeyirlisi hamamdır. Acqarına hamamda yuyunmaq insanı zəiflədir.

4.Kükürdlü su ağrıları azaldır, sinirləri möhkəmlədir, çiban və yaraları sağaldır, dəridəki ləkələri ağardır, mədəni zəiflədir, cinsi həvəsi azaldır.

5.Təzyiqiniz yüksək olduqda balqabaq şirəsi için. Ürəyi möhkəmlətmək üçün alma yeyin. İflic vurmuş insan sidr qozası yeməlidir. Sinə nahiyənizdə ağrılar varsa, badam yeyin, üstündən bal şərbəti için.

6.Payızda duzlu və quru yeməklərdən tam imtina edin. Belə yeməklər insanlarda müxtəlif xəstəliklərə fəsad verir. Duzlu pendir, duzlu balıq, ümumiyyətlə, bütün duzlu yeməklər zərərlidir.


Xəbərə aid fotolar