Körpələrə 2 yaşına kimi ayaqqabı geyindirməyin Türkiyəli professor


Digərləri 10 İyl 2019 22:44:00 295 0

Körpələrə 2 yaşına kimi ayaqqabı geyindirməyin  Türkiyəli professor

Uşaqların ayaqlarında inkişaf iki yaşına kimi davam edir. Bu barədə Türkiyəli prof. dr. Nazif Ekin Akalan "erkən yaşda ayaqqabı geydirməyin" deyə xəbərdarlıq edir. 

Son.az medicina.az-a istinadən bildirir ki, uşağın ilk ayaqqabısının doğru seçilməsi, ayaq sağlamlığı və inkişafı baxımından böyük önəm daşıyır. Təsadüfən alınan ayaqqabılar ayağın inkişafına mənfi təsir edir.

Uşağın yeriməyə başladığı zamanda ayaqqabıya ehtiyacı olmadığını bildirən Prof. Dr. Nazif Ekin Akalan, ayağın ortama uyğunlaşmasını lazım olduğunu vurğuladı.   "Uşaqların ayağına zərər dəymədiyi yerlərdə ayaqqabısız yeriməsi lazımdır. Balacalarda fərqli yerlərə ayaq basdıqca dəyişik reaksiyalara olur. O zaman körpədə refleks duyğusu inkişaf edir. Çevrə ilə əlaqə qura bilmək onlar üçün asanlaşır. Ayaqqabını uşağa iki yaşdan sonra geyindirin. Körpə ayağına zərər vura biləcək yerdədirsə, o zaman mütləq ayaqqabı lazımdır. O isə xüsusi ilə seçilməlidir.   Ucuza qaçmayın əsla. Çünki keyfiyyət önəmlidir. Amma bahalı mal toruna da düşməyin. Həkimin sözlərinə görə, ortopedik ayaqqabılarda da ehtiyatlı olmaqda fayda var.

"Bəzən uşaqlara ortopedik ayaqqabılar məsləhət görülür. mən bunun tərəfdarı deyiləm. İstisna hallar var.Uşağın ayağının arxasına baxdığımızda topuq sümüyü 20 dərəcədən çox çölə doğru çıxıbsa, o zaman şəxsi dabanlıq, ya da ortopedik ayaqqabı məsləhətdir. Uşaqları yerimək, qaçmaq, hopanmaq kimi hərəktlərə vərdiş etdirin. Uşağın gec yerimə müddəti 18 aya kimidir. 6 aylıq balacaya məcbur etmək olmaz. Çünkü onlar özləri öz bədənlərini yaxşı bilirlər. Gec yerimək qorxulu deyil. Tez yeriyənlərdə risk faktoru var, çünki sümüklər hələ tam hazır deyil. Uşaq ayağını yerə basanda çölə və ya içəri doğru çox basırsa, yəni əyilmənin dərəcəsi çoxdursa təhlükəlidir. Mütləq həkimə müraciət etmək lazımdır. Bütün uşaqlar 12 aylıqda yeriməlidir deyə qanun yoxdur. Dar ayaqqabı və ya geniş ayaqqabı geydirməyin. Bu uşaqların yıxılmasına təkan verir.