Biri əsgər gedəcəkdi, 3ü də qapıbir qonşusu idi... Leriki yasa boğan qəza FOTO


Digərləri 10 İyl 2019 22:25:00 337 0

Biri əsgər gedəcəkdi, 3ü də qapıbir qonşusu idi...  Leriki yasa boğan qəza  FOTO

Ötən gün Masallıda baş verən və 8 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası uzun müddət yaddaşlardan silinməyəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən qəza 3 ailənin faciəsi ilə sonlandı.

Ölənlərdən 3-ü bacı-qardaşdır. Bunlar Qoşmalıan kənd sakinləri Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. Adıçəkilən mərhumlar qəzaya düşən "Mersedes Benz Vito"nu idarə edən Nizami Mustafayevin qapıbir qonşuları olublar.

Qəza nəticəsində digər vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu isə Xocadoy kənd sakinləri olublar. Əldə edtiyimiz məlumata görə, ata və oğulları yaxın günlərdə kənddə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxmışdılar.

Qəzada yaralanan Tağıyeva Miranə isə Kərvəz kəndindədir. O, qəzadan yaralı qurtulsa da, 3 yaşlı övladı Rufullayev Ayxan Natiq oğlu hadisə yerində keçinib.


Xəbərə aid fotolar