Araq heroindən daha təhlükəli hesab edildi Narkosiyasət komissiyası yeni klassifikasiya hazırlayır


Digərləri 10 İyl 2019 21:54:00 270 0

Araq heroindən daha təhlükəli hesab edildi  Narkosiyasət komissiyası yeni klassifikasiya hazırlayır

Narkosiyasət üzrə qlobal komissiyası narkotik maddələrin klassifikasiyasına dəyişiklik etməyə başlayır.

Son.az medicina.az-a istinadən bildirir ki, komissiya yeni məruzə hazırlayıb.  Qeyd edək ki, bu komissiyanın tərkibinə məşhur siyasətçilər, ictimai xadimlər,  tanınmış biznesmenlər, eks prezidentlər və beynəlxalq təşkilatların rəhbərləri daxildir. 

Yeni məruzədə komissiya 1961-ci ildə qəbul edilmiş klassifikasiyanın köhnəldiyini, yeni elmi araşdırmalara uyğun gəlmədiyini və qanunlarla uzlaşmadığını önə çəkib.

Komissiyanın rəhbəri bildirib ki, kokain, heroin, kannabasın zərəri barədə 30 il əvvəlki araşsdırmalar əsas götürülüb. İndi müasir cəmiyyətdə bu maddələrdən də təhlükəli və qanunla qadağan olunmayan zərərli maddələr yayılıb. 

Məsələn 2010-cu ildə Britaniyalı alimlərin apardıqları elmi tədqiqatda  sübut olunub ki, 16 kriteriya üzrə insan sağlamlığına ən zərərli maddə alkoqol, spirtli içki, xüsusən araqdır. Belə ki, onun təhlükəliliyi 72 bala çatmış və 55 balı olan heroini geridə qoymuşdur.