Danimarka hökuməti sərnişinlərin yola sərf etdiyi vaxtı qısaltmaq istəyir


Digərləri 10 İyl 2019 21:59:00 256 0

Danimarka hökuməti sərnişinlərin yola sərf etdiyi vaxtı qısaltmaq istəyir

Danimarkanın Nəqliyyat naziri Benni Engelbrext bildirib ki, Krallıqda beş ən iri şəhər arasında yola sərnişinlərin sərf etdiyi vaxtı qısaltmaq istəyirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu plan həyata keçirilsə, onda Olborq və Orxus, Orxus və Odense, Odense və Esbyerq, Odense və Kopenhagen şəhərləri arasında dəmir yolu daşımalarının müddəti bir saatdan çox olmayacaq.

Yola sərf olunan vaxtın qısaldılması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində addımlar üzrə plan ilk dəfə 2014-cü ildə təqdim edilib. Lakin parlamentdə dəstəklənmədiyinə görə onun reallaşdırılması dayandırılıb. Ötən ay keçirilən ümumi seçkilərdən sonra hökumətin dəyişməsi nəticəsində bu istiqamətdə işlər yenidən başlayır.

Nəqliyyat naziri Benni Engelbrext artıq bildirib ki, bu planı müzakirə etmək üçün onun ilkin variantını dəstəkləyən partiyalarla görüşəcək.