Coker haqqında film komikslər əsasında çəkilməyəcək


Digərləri 10 İyl 2019 21:30:00 282 0

Coker haqqında film komikslər əsasında çəkilməyəcək

"DC Comics"in personajı Coker haqqında film komikslərdə olmayan original ssenari əsasında çəkiləcək. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Todd Fillips bunu "Empire" nəşrinə müsahibəsində bildirib.

Fillips deyib: "Biz komikslərdən heç nə götürməmişik, Coker barədə öz versiyamızı yazmışıq".

Filmdə baş rolu Hoakin Feniks ifa edəcək. Feniksi böyük aktyor adlandıran Fillipsin sözlərinə görə, ssenari üzərində işləyərkən aktyorun fotosu onun kompüterinin üstündə olub.

Hoakin Feniks üç dəfə, o cümlədən Ridli Skottun "Qladiator" filmində Roma İmperatoru Kommod roluna görə "Oskar" mükafatına namizəd irəli sürülüb. O, həmçinin "Xətti aşmaq" filmində müğənni Conni Keş roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.