Rusiya, Türkiyə və İranın zirvə toplantısı Qazaxıstandakı görüşdən sonra baş tutacaq


Dünya 10 İyl 2019 21:25:00 255 0

Rusiya, Türkiyə və İranın zirvə toplantısı Qazaxıstandakı görüşdən sonra baş tutacaq

Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı Nur-Sultanda görüşdən sonra baş tutacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

M.Boqdanovun sözlərinə görə, avqustun əvvəlində Nur-Sultanda Astana formatında keçirilən Suriya məsələsi üzrə on ikinci beynəlxalq görüş olacaq:

"Burada müəyyən yenilik var, çünki Liviya və İraq təmsilçiləri ilk dəfə müşahidəçilər kimi iştirak edəcəklər".