Rusiya, Türkiyə və İranın zirvə toplantısı Qazaxıstandakı görüşdən sonra baş tutacaq


Digərləri 10 İyl 2019 21:23:26 218 0

Rusiya, Türkiyə və İranın zirvə toplantısı Qazaxıstandakı görüşdən sonra baş tutacaq

Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı Nur-Sultanda görüşdən sonra baş tutacaq

Bakı. Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı Nur-Sultanda görüşdən sonra baş tutacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. M.Boqdanovun sözlərinə görə, avqustun əvvəlində Nur-Sultanda Astana formatında keçirilən Suriya məsələsi üzrə on ikinci beynəlxalq görüş olacaq: "Burada müəyyən yenilik var, çünki Liviya və İraq təmsilçiləri ilk dəfə müşahidəçilər kimi iştirak edəcəklər".