Bu əsərin ilk nəşri yarım milyona satıldı


Digərləri 10 İyl 2019 20:50:00 236 0

Bu əsərin ilk nəşri yarım milyona satıldı

Məşhur rus şair və yazıçısı Aleksandr Puşkinin "Yevgeni Onegin" romanının ilk nəşri "Сhristie's" hərrac evinin Londonda keçirdiyi auksionda 467,3 min funt sterlinqə (580 min dollara) satılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Сhristie's" hərrac evininin nümayəndələri "RİA Novosti"yə danışıb. Onların sözlərinə görə, satış evində iyulun 9-da keçirilən "Rus ədəbiyyatının qızıl əsəri" hərracında ümumilikdə 2,27 milyon funt sterlinq gəlir əldə edilib.

Qeyd edək ki, "Yevgeni Onegin" romanı ilk dəfə Azərbaycan dilinə Xalq şairi Səməd Vurğun tərəfindən tərcümə edilib.