Ceyhun Məmmədov medalla təltif edilib


Digərləri 10 İyl 2019 20:06:00 184 0

Ceyhun Məmmədov medalla təltif edilib

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Trend-ə verilən məlumata görə, rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün – 10 iyul 2019-cu il tarixdə – Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən, i.f.d. Ceyhun Məmmədova təqdim edilib. Aİİ-nin rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi İnstitutun kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib: “Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və İnstitutun kollektivi adından səmimi minnətdarlığımı bildirir, təşəkkür edirik. Bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.