Prezident İlham Əliyev monqolustanlı hamkarını təbrik edib


Siyasət 10 İyl 2019 18:13:51 164 0

Prezident İlham Əliyev monqolustanlı hamkarını təbrik edib

Prezident İlham Əliyev Monqolustan Prezidenti Zati-aliləri cənab Xaltmaaqiyn Battulqanı təbrik edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm".