Xabi Alonso baş məşqçi oldu


Digərləri 10 İyl 2019 17:51:00 250 0

Xabi Alonso baş məşqçi oldu

İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb.

Bakı. İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb. Trend-in məlumatına görə, 37 yaşlı keçmiş yarımmüdafiəçi İspaniyanın "Real Sosyedad" klubunda çalışacaq. Klubun rsəmi saytı Alonsonun B komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb. 2017-ci ildə karyerasını bitirən Xabinin ilk klubu da "Real Sosyedad" olub. O, daha sonra "Eybar", "Liverpul", "Real" və "Bavariya"da çıxış edib.