Ağcabədi sakinindən 10 kqdan artıq marixuana götürülüb


Kriminal 10 İyl 2019 17:32:00 228 0

Ağcabədi sakinindən 10 kqdan artıq marixuana götürülüb

Ağcabədi sakinindən 10 kq-dan artıq marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə. RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan heroin, yaşadığı evdən 10,5 kiloqram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.