Ərdoğan təyyarədə açıqlama verdi:


Digərləri 10 İyl 2019 17:23:00 210 0

Ərdoğan təyyarədə açıqlama verdi:

Türkiyə hücuma məruz qalacağı təqdirdə Rusiyadan alınan "S-400" zenit-raket komplekslərindən istifadə edəcək. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizim ehtiyac olan yerdə və zamanda "S-400"ləri istifadə etmək hüququmuz və imkanımız var. Bizə hücum olacağı təqdirdə bu sistemləri işə salacağıq. Biz məhz buna görə sistemlərə investisiya yatırmışıq", - deyə Ərdoğan Bosniya və Herseqovina səfərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

O, əlavə edib ki, Türkiyənin Rusiya istehsalı olan zenit-raket komplekslərindən imtina etməsindən söhbət gedə bilməz.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.