Latviya qeyri-standart marka buraxdı (FOTO)


Digərləri 10 İyl 2019 17:11:00 217 0

Latviya qeyri-standart marka buraxdı (FOTO)

Latviyanın poçt operatoru “Latvijas pasts” qeyri-standart formada poçt markasını dövriyyəyə buraxıb.

Bakı. Latviyanın poçt operatoru “Latvijas pasts” qeyri-standart formada poçt markasını dövriyyəyə buraxıb. Trend-in məlumatına görə, poçt markası Latviya çəmənliklərində tapılan müxtəlif rənglərdən toxunan çələng şəklində hazırlanıb və latışların “Liqo”adlanan qədim gün dönümü bayramına həsr olunub. Qeyri-standart formada olan markalar filateliya dünyasında çox nadir sayılır. İlk dəfə belə formada marka 2018-ci ildə Latviyanın 100 illik yubileyi şərəfinə buraxılıb. Poçt markasının nominal dəyəri 50 sent, tiraji isə 500 min nüsxə təşkil edir.