Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib FOTO


Siyasət 10 İyl 2019 16:41:00 253 0

Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olundu.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasına töhfəsi məsələləri müzakirə edildi.


Xəbərə aid foto