Rus alim Azərbaycanın 1200 illik tarixini açıqladı FOTO


Digərləri 10 İyl 2019 16:45:00 208 0

Rus alim Azərbaycanın 1200 illik tarixini açıqladı  FOTO

Sosial şəbəkələrdə tarixə dair analizləri və tədqiqatları ilə məşhurlaşan tarixçi Oleq Petrenkonun Yutub kanalı bir neçə ay əvvəl naməlum səbəblərdən bloklanıb.

Son.az axar.az-a istinadən bildirir ki, uzun müddətdən sonra tədqiqatçı yeni Yutub kanalını açıb. Petrenko yeni kanalında ilk videosunu Azərbaycan və ölkəmizin şəhərlərinə dair xatırlatmalar olan qədim xəritə və kitablara həsr edib.

O, əlindəki material əsasında Azərbaycan xalqının tarixinin ən azı min ildən çox olduğunu bildirib.

"Bizim əlimizdə Azərbaycan xalqının çoxəsrlik tarixinə dair faktlar var. 1864-cü ildə Londonda "Kral Coğrafiya Cəmiyyətinin əsərləri" adlı kitab çap olunur. Azərbaycan kimi tanınan ölkə Rusiya və İran arasında bölünüb. Azərbaycan ərazisi təxminən 80 min kvadrat mil: 50 min kvadrat mil Rusiya (indiki Azərbaycan və Ermənistan əraziləri), 30 min kvadrat mil (yalnız Cənubi Azərbaycan xanlıqlarının ərazisi nəzərdə tutulur - red.) isə İran ərazisində göstərilib", - təqdiqatçı bildirib.

Qeyd: 1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv/km olub. "Türkmənçay" müqaviləsi ilə Azərbaycanın Arazın güneyindəki 280 min kv/km ərazisi İrana, 130 min kv/km. ərzisi isə Rusiyaya qatılıb.

Azərbaycan şəhərləri arasında İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba və Salyan göstərilib.

"Rus general-mayoru, senator, yazıçı, kartoqraf Stepan Daniloviç Burnaşov 1786-cı ildə "İran azərbaycanlılarının regionlarının təsviri və onların siyasi vəziyyəti" adlı kitab yazıb. Qafqaz diyarının bu xəritəsində 1799-cu il sərhədləri göstərilib və İrəvan xanlığı Azərbaycan Qacar sülaləsinin tabeliyində olduğu qeyd edilib", - Petrenko bildirib.

Qədim xəritələrdə Azərbaycan əraziləri Şirvan kimi qeyd edilib. Azərbaycanın bir hissəsi isə Midiya adlandırılır.

Moskvadakı erməni muzeyində Xəzər dənizinin xəritəsi saxlanılır.

Sözügedən xəritə 1730-cu ildə yaradılıb. Bu xəritədə müasir Azərbaycan ərazisində eyni zamanda Midiyanın (Səfəvi dövləti nəzərdə tutulur) regionlarından biri olan Şirvan dövləti yerləşir.


Xəbərə aid fotolar