Bakıda məktəbli uşaqlara qarşı cinayət törədən şəxs hakim qarşısında


Kriminal 10 İyl 2019 16:40:00 216 0

Bakıda məktəbli uşaqlara qarşı cinayət törədən şəxs hakim qarşısında

Bakıda məktəblilərə qarşı soyğunçuluq etməkdə təqsirli bilinən Təbriz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Araz Hüseynovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyul ayının 18-nə təyin olunub. Bu ilin aprel ayında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra naməlum şəxsin oğluna yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.

Həmin hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan paytaxt sakini Təbriz Zeynalov şöbə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha üç məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.