Kişilər göbəyiaçıq gəzə, şort geyinə bilər


Digərləri 10 İyl 2019 16:08:00 180 0

Kişilər göbəyiaçıq gəzə, şort geyinə bilər

Geyim insan tərbiyəsi ilə ölçülmür. Hər kəsin sərbəst geyinmək və yaşamaq hüququ var. Lakin elə geyim tərzləri olur ki, cəmiyyətin bir hissəsi belə geyimlərə yaxşı baxmır.  Xüsusilə, şort geyinən kişilər və qızlar qınaq obyektinə çevrilir. Görəsən, insanların bu geyim tərzini aqressiya ilə qarşılamasına səbəb nədir? Bunun əsasında, mental fikirlər, yoxsa Avropa həyat tərzinə etiraz dayanır? 

Mövzununun aktuallığını nəzərə alaraq, modern.az məsələ ilə  bağlı İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudovun mövqeyini öyrənib:

"Əlbəttə, cəmiyyət nöqteyi-nəzərindən yanaşsaq, şortik qeyinmək qəbul olunur, ancaq dini aspektdən baxanda müəyyən məhdudiyyətlər var.  İslamda məhrəm və naməhrəm məsələsi var . Məhrəmə görə, qadın və kişinin örtülməsi vacib olan müəyyən  yerləri var. Vacib olan işlər yerinə yetirildiyi zaman din hər hansı bir şəkildə başqa bir münasibət bildirmir. Əsas odur ki, dinin geyimlə əlaqəli qoyduğu qayda-qanunlar təsdiq olunsun. Mənim özümün bu məsələyə necə baxmağımın heç bir əhəmiyyəti yoxdur".

İlahiyyatçı kişilərin göbəyi açıq gəzməsinə icazə verildiyini söyləyib.

"Qadının  üz və əllərindən başqa hər yerləri örtülməlidir. Kişilərdə isə bu işin minimum dərəcə göstəricisinə baxanda dizdən aşağı açıq ola bilər. Ümumi əxlaq çərçivəsində götürsək, sinə bağlı olsa,  daha yaxşı olar. Amma  göbəyin üstündən  biraz açıq şəkildə  bədənin görsənməsi elə də ayıb hesab olunmur. Lakin bu ona əsas vermir ki, kişilər göbəyi açıq çıxıb cəmiyyətin ortasında  gəzsin. Dini baxımdan buna icazə var, qadağa yoxdur. İslamda digər məsələ  də ondan ibarətdir ki, geyimə xüsusi bir baxış tərzi var. Fərqi yoxdur qadın və kişi olsun. Ümumi əxlaq çərçivəsindən kənara çıxmamaq şərtilə. İnsanlar bu çərçivəyə diqqət etsələr, daha məqsədəuyğun olardı.

Ümumiyyətlə, cəmiyyətimizdə geyimlə bağlı müxtəlif fikirlər var.  İndi yay ayıdır, əlbəttə ki, biz dini bir cəmiyyətdə yaşamırıq, dünyavi cəmiyyətdə yaşayırıq. Hər bir kəsin də geyim sərbəstliyi var. Heç kimi qınamaq olmaz ki, niyə belə geyinmisən. Onlar istədiyi paltarı geyinə bilərlər. Ancaq istədiyimiz paltarı geyinə bilərik deyərkən, Azərbaycan xalqının ümumi baxış tərzini də diqqətə almaq lazımdır".