"Ayrılmaqdan yoruldum, evlənməyəcəm"


Şou-biznes 10 İyl 2019 15:59:00 176 0

"Ayrılmaqdan yoruldum, evlənməyəcəm"

Evlənmək istəmirəm, bunu məndən gözləməsinlər. Elə bir niyyətim yoxdur. İki dəfə cəhd etdim, amma alınmadı. Mən də yoruldum.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "Bir axşam" proqramında söyləyib. İki dəfə nişan qaytaran sənətçi artıq yorulduğunu etiraf edib:

"Adamı münasibət yormur. Amma sonunda istədiyini almayanda, məyus olursan. Gərək zamanında ayrılasan, uzatmayasan. "Tez münasibət qurum, atamın qucağına nəvə verim" olmamalıdır. Gərək münasibət sağlam olsun. Bir-iki il sonra boşanmaq, uşağın ata-anadan ayrı qalması yaxşı deyil.

Qadının təbisini, təmizini sevirəm. Demirəm ki, əməliyyatsız olsun. İnsan nədəsə narahat ola bilər, onu əməliyyat etdirmək lazımdır. Mən bicliyi sevmirəm. Məni qıcıqlandırır elə insanlar".