Ölkəmizdə "Türkiyə Gənclik Ödülləri" təşkil olunacaq


Digərləri 10 İyl 2019 15:41:00 235 0

Ölkəmizdə "Türkiyə Gənclik Ödülləri" təşkil olunacaq

Türkiyənin ən prestijli ödül törənlərindən biri olan "Türkiyə Gənclik Ödülləri" Caspian Events Group tərəfindən ölkəmizdə təşkil olunacaq. Lahiyə zamanı Türkiyə Gənclik ödül törəninin  bütün konsepsiyası qorunmaqla "Azərbaycan Gənclik Ödülləri" adı altında keçiriləcək.

Seçimlər Sosial sorğu, təşkilatı komitə tərəfindən aparılan araşdırma və jüri heyəti tərəfindən təyin olunacaq. Sosial sorğu zamanı seçilən kateqoriyalar sayt və rəsmi sosial hesablardan səs verməyə çıxarılacaq ən çox səs  toplamış şəxslər qalib elan olunacaqlar.

Təşkilati komitə və jüri heyəti aparacaqları araşdırmalar zamanı öz seçimlərini təyin edəcəklər. Tədbir zamanı öz sahəsində uğur qazanmaqda olan gənclərin tanıtımı üçün də zaman ayırılacaq. Mükafata layiq görülənlərin bir hissəsi Dünya Gənclik ödüllərində iştirak etmək hüququ əldə edəcək.

Qeyd edək ki təşkilati komitə tərəfindən artıq "Azərbaycan Gənclik Ödüllərinin" seçimlərinə start  verilib. "Azərbaycan Gənclik ödüllərinin" milli direktoru Tural Ələkbərov, icraçı direktor İlmirzə Agabəyovdur.