Çempionlar Liqası: Bu gün “Qarabağ” “Partizani”la qarşılaşacaq


Digərləri 10 İyl 2019 15:31:00 218 0

Çempionlar Liqası: Bu gün “Qarabağ” “Partizani”la qarşılaşacaq

UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz “Qarabağ” bu gün mübarizəyə başlayır.

Bakı. UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz “Qarabağ” bu gün mübarizəyə başlayır. Trend-in məlumatına görə, ölkə çempionu birinci təsnifat mərhələsinin ilk oyununda Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. Tirana şəhərindəki Selman Stermazi stadionunda, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyun CBC Sport televiziya kanalında canlı yayımlanacaq. Oyunu İslandiyadan olan hakimlər idarə edəcək. Baş hakim Thorvaldur Arnason, onun köməkçiləri Johann Gudmundsson və Andri Vigfusson, dördüncü hakim isə Petur Gudmundsson olacaq.