Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlandı


Digərləri 10 İyl 2019 15:27:00 252 0

Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlandı

Samuxda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Samux RPŞ-nin əməkdaşları tərəfindən Çobanabdallı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 315 kiloqram olan 2160 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Göygöl RPŞ-nin əməkdaşları tərəfindən isə Toğanalı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2,2 tona yaxın olan 6250 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.