17 yaşlı gəlini bakirə çıxmadığı üçün amansızlıqla öldürən bəyin cəzasını Ali Məhkəmə azaltdı TƏFƏRRÜAT


Kriminal 10 İyl 2019 15:14:00 72 0

17 yaşlı gəlini bakirə çıxmadığı üçün amansızlıqla öldürən bəyin cəzasını Ali Məhkəmə azaltdı  TƏFƏRRÜAT

Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu xəbəri də oxu: "Yaşar Nuri Firəngizi sevirdi"

Son.az xəbər verir ki, Sadiq Səlimov 17 mart 2016-cı il tarixdə Sevda Bünyadova ilə toy edərək evlənib. Əvvəllər məhkumluq həyatı yaşayan Ramil Nəsirov qeyri-rəsmi nikaha girdiyi Sevdanı özünün yaşadığı Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 28 ünvanında yerləşən evinə gətirib. Toy gecəsi bakirə çıxmayan 1999-cu il təvəllüdlü Sevdanı bıçaqlayaraq öldürüb.

"Biri-birimizi bəyəndik"

İstintaq orqanı tərəfindən Sadiq Səlimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Sadiq Səlimov özünü ona verilmiş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər oğurluq əməlinə görə məhkum olunub və cəzasını 2015-ci ilin may ayında başa vuraraq azadlığa çıxıb: "2016-cı ilin əvvəlində bacım Gözəl vasitəsilə Çöyçay rayonunda yaşayan Sevda Rəhimova ilə tanış oldum. Sevda ilə biri-birimizi bəyəndik, evlənmək qərarına gəldik. Odur ki, qohumlarım el adəti ilə Sevdagilə elçi getdi, biz nişanlandıq".

"Mənə qoşularaq qaçdı"

Sadiq Səlimovun sözlərinə görə, Sevda ona özü barədə məlumat verib: "O, əvvəllər Rusiyada yaşadığını, heç bir kişi ilə intim münasibətdə olmadığını bildirmişdi. Maddi imkanım zəif olduğundan Sevda könüllü olaraq 25 fevral 2016-cı il tarixdə mənə qoşularaq ata evindən qaçdı. Onunla dayım oğlu İlqarın Göyçay şəhərindəki evlərinə gəldik. Sonra bu barədə öz anam Gülnaza bildirdim. Anam da bizi götürərək Ucar şəhərinə gətirdi. Daha sonra oraya Sevdanın atası və digər qohumları gəldi. Sevda da mənimlə könüllü olaraq qaçdığını bildirdi".

"Bakirə olmadığını anladım"

Sadiq Səlimov bildirib ki, onlar toylarını 17 mart 2016-cı il tarixə qərarlaşdırıb: "Həmin günə kimi Sevda bacım Aytənin Ucar şəhərindəki evində qalıb. Martın 17-də Sevda ilə Ucar şəhərində toyumuz oldu. Toydan sonra Sevdanı yaşadığım Ucar şəhərindəki evimizə gətirdim. Həmin gecə cinsi əlaqədə olarkən Sevdanın bakirə olmadığını anladım. Sevdadan bu barədə soruşdum. O, əvvəlcə müxtəlif bəhanələr gətirdi, gah uşaq vaxtı yıxıldıqda, gah xatırlamadığı şəraitdə bunun baş verdiyini söylədi. Bunu vaxtında mənə bildirmədiyi üçün onu bağışlamağımı xahiş etdi. Sevdanın məni aldatdığından, yəni arvadım olacağını bilərək, əvvəllər başqa kişi ilə əlaqədə olmasını məndən gizlətməsini özümə xəyanət kimi qiymətləndirdim".

"Bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim"

Sadiq Səlimov qeyd edib ki, həm də özünü rüsvay olmuş kimi hesab edib: "Bunlardan əsəbiləşərək Sevdanı öldürmək qərarına gəldim. Bu məqsədlə yataq otağından mətbəxə gedərək oradakı masa üzərində olan bıçağı götürdüm. Bıçağı kəmərimin bel hissəsinə keçirdim və Sevda olan otağa qayıtdım. Sevdanın bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim. Bunu mənə əvvəlcədən bildirmədiyini irad tutdum. Sevda ağlamağa başladıqda isə daha da əsəbiləşdim. Belimdən bıçağı çıxararaq Sevdanın boyun nahiyəsinə zərbə endirdim. Bu zaman Sevda əllərini qarşıya verdi və özünü qorumaq istədi. Bıçaq onun qoluna dəydi. Sevda qışqırdı, iməkləyərək məndən aralandı. Bu zaman Sevdaya daha bir neçə bıçaq zərbəsi vurdum. Sevdanın kürəyinə 2 zərbə vurduğumu xatırlayıram".

Sadiq Səlimov bildirib ki, sonra Sevda halsız vəziyyətdə yerə yıxılıb, bıçaq onun kürəyinə sancılmış vəziyyətdə qalıb: "Bunu gördükdən sonra otağı tərk etdim və evdən çıxdım. Bu zaman həyətdə olan xalam oğlu Elşad məndən nə baş verdiyini soruşdu. Mən isə heç nə demədim. Polisə təslim olmaq üçün yola çıxdım ki, bir avtomaşın saxladaraq şöbəyə gedim. Lakin əl etdiyim bir-neçə avtomobil saxlamadığı üçün dostum İsmayılın evinə getdim. Ona Sevdanı bıçaqla vurduğumu dedim. Təslim olmaq üçün məni polis şöbəsinə aparmağı xahiş etdim. İsmayıl da məni özünə məxsus avtomaşında Ucar rayon polis şöbəsinə gətirdi. Orada törətdiyim əməl barədə polis əməkdaşına məlumat verdim".

"Səbinəni internat evində tapdım"

Zərərçəkmiş şəxsin hüququ varisi Səlim Babayev deyib ki, Rusiya Federasiyasının Astarxan şəhərində yaşadığı zamanı Vera Pisareva adlı qadınla qeyri-rəsmi nikahından 1999-cu ildə Sevda adlı qızı doğulub: "2002-ci ildə Vera Pisareva məni qızım Sevda ilə ataraq getdi. 2009-cu ildə Rusiyadan deportasiya olunduğum üçün qızımı anası Natalya Pisarevanın yanına qoydum. Özüm isə Göyçay rayonuna gəldim".

Azərbaycanda ötən ay gündəlik neft hasilatının həcmi açıqlanıb like
  • 10 İyl 15:13  
Digərləri Azərbaycanda ötən ay gündəlik neft hasilatının həcmi açıqlanıb

Energetika Nazirliyi iyun ayında gündəlik neft hasilatı ilə bağlı məluma

arrow Ətraflı
Tolik efirə zəng vurmaq istəyən Mətanətə əsəbiləşdi: like
  • 10 İyl 15:09  
Şou-biznes Tolik efirə zəng vurmaq istəyən Mətanətə əsəbiləşdi:

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Mətanət Əsədovaya əsə

arrow Ətraflı
Bakıda polis alman vətəndaşın itmiş əşyalarını tapıb like
  • 10 İyl 15:08  
Digərləri Bakıda polis alman vətəndaşın itmiş əşyalarını tapıb

Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus i

arrow Ətraflı
Bakıda tələbə rektordan diplomu oynayaoynaya aldı  VİDEO like
  • 10 İyl 15:05  
Digərləri Bakıda tələbə rektordan diplomu oynayaoynaya aldı VİDEO

Bakı Ali Neft Məktəbinin "Məzun günü"ndə maraqlı anlar yaşan

arrow Ətraflı
BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO) like
  • 10 İyl 15:02  
Digərləri BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO)

Bakı Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasının müdiri, prof

arrow Ətraflı
Pərvindən SƏRT SÖZLƏR: "Kanalizasiyadan gələn iyə bənzəyirsiniz" like
  • 10 İyl 15:00  
Şou-biznes Pərvindən SƏRT SÖZLƏR: "Kanalizasiyadan gələn iyə bənzəyirsiniz"

Sosial şəbəkədə ağzının zibilini tökərək söyüşlər yazan, işsiz,

arrow Ətraflı
Gürcüstanın yeni təyin edilmiş baş konsulu Bakıdadır like
  • 10 İyl 14:56  
Digərləri Gürcüstanın yeni təyin edilmiş baş konsulu Bakıdadır

Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Gürcüstanın

arrow Ətraflı
Evinin qarşısında dayanan kişini bıçaqlayıb, qaçdılar like
  • 10 İyl 14:55  
Kriminal Evinin qarşısında dayanan kişini bıçaqlayıb, qaçdılar

Abşeron rayonunda evinin qarşısında dayanan şəxs bıçaqlanıb.

arrow Ətraflı
Ehtiyatlı olun! Bu məhsullar GMOdur like
  • 10 İyl 14:52  
Digərləri Ehtiyatlı olun! Bu məhsullar GMOdur

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya o

arrow Ətraflı
"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" like
  • 10 İyl 14:51  
Şou-biznes "Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm"

Hələ dincəlmirəm. Tamaşalarımız var. Ayın 17-dən sonra istirahətimiz b

arrow Ətraflı
İrandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlanıb like
  • 10 İyl 14:51  
Digərləri İrandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlanıb

İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı A

arrow Ətraflı
İrlandların Qarabağ qorxusu like
  • 10 İyl 14:47  
İdman İrlandların Qarabağ qorxusu

Çempionlar Liqasının I təsnifat mərhələsində Partizani

arrow Ətraflı
12 yaşlı uşaq fiziki qüsurlu qadını zorlayıb  FOTO like
  • 10 İyl 14:46  
Dünya 12 yaşlı uşaq fiziki qüsurlu qadını zorlayıb FOTO

Yaşları 12 və ondan az olan 5 azyaşlı təcavüz maddəsi ilə saxlanılıb.

arrow Ətraflı
Ehtiyatlı olun! Bu məhsullar GMO-dur - SİYAHI like
  • 10 İyl 14:45  
Digərləri Ehtiyatlı olun! Bu məhsullar GMO-dur - SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi dünyada geni modifikasiya olunmuş bitki növl

arrow Ətraflı
Çempion suda batan kişini xilas etdi like
  • 10 İyl 14:42  
Digərləri Çempion suda batan kişini xilas etdi

İtaliyalı üzgücü Filippo Manyini suda batan kişini xilas edib. 

arrow Ətraflı