İrlandların Qarabağ qorxusu


İdman 10 İyl 2019 14:47:00 226 0

İrlandların Qarabağ qorxusu

Çempionlar Liqasının I təsnifat mərhələsində Partizani ilə qarşılaşacaq Qarabağ-ın növbəti raunddakı potensial rəqibləri də bu gün meydana çıxacaq.

Dundalk İrlandiyadakı ilk görüşdə Latviya təmsilçisi Riga-nı qəbul edəcək.

Cütlüyü dəyərləndirən İrlandiya mətbuatı Dundalk-ın ilk mərhələni keçəcəyinə şübhə etmir. Həmkarlarımız artıq indidən II raundun planlarını cızmağa başlayıb. Maraqlıdı ki, yerli KİV komandanın qrup mərhələsinə qədər yolunun olduğunu düşünür. Ancaq onlar bu məsələdə bəxt amilinin də rol oynayacağına inanır.

Dundalk-ın II mərhələdəki şanslarına da nəzər yetirən mətbuat Qababağ-ı rəqib qismində görməyi arzulamır. Onlar Partizani səddinin daha asan keçilə biləcəyi qənaətindədir: "Dundalk qrupa düşmək üçün 4 rəqibi keçməlidir. Riga-dan fərqli, növbəti mərhələlərdə daha güclü komandalar düşəcək. Xüsusən də, II raunddakı rəqib çox önəmlidir. Potensial rəqiblərdən Partizani sadəcə Albaniya çempionudursa, Qarabağ ölkə çempionu olmaqla yanaşı, müntəzəm olaraq Çempionlar Liqası və ya Avropa Liqasının qrupunda iştirak edən komandadır. Azərbaycan təmsilçisinin avrokubok təcrübəsi böyükdür. Bu baxımdan Partizani-nin mərhələ adlaması Dundalk üçün daha əlverişli olar".

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 23/24 və 30/31 iyul tarixlərində keçiriləcək. (matc.az)