Ehtiyatlı olun! Bu məhsullar GMOdur


Digərləri 10 İyl 2019 14:52:00 239 0

Ehtiyatlı olun! Bu məhsullar GMOdur

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya olunmuş bitki növlərinin siyahısını açıqlayıb.

Milli.AZ bildirir ki, Trend AQTA-ya istinadən geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da təqdim edir:

1. Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ;

2. Yemiş (Cucumis melo) ABŞ;

3. Alma (Malus x Domestica) Kanada, ABŞ;

4. Kartof (Solanum tuberosum L) Rusiya;

5. Əkin yoncası (Medicago sativa) Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ;

6. Lobya (Phaseolus vulgaris) Brazilya;

7. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland;

8. Badımcan (Solanum melongena) Bangladeş;

9. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ;

10. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya;

11. Gavalı (Prunus domestica) ABŞ;

12. Raps (Brassica rapa) Kanada;

13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ;

14. Qızıl gül (Rosa hybrida) Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ;

15. Saflor (Carthamus tinctorius L.) Avstraliya;

16. Soya (Glycine max L.) Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam;

17. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ;