Çempion suda batan kişini xilas etdi


Digərləri 10 İyl 2019 14:42:00 220 0

Çempion suda batan kişini xilas etdi

İtaliyalı üzgücü Filippo Manyini suda batan kişini xilas edib. 

Son.az medicina.az-a istinadən bildirir ki, 37 yaşlı idmançı Kalyari şəhəri yaxınlığındakı Kala Sintsias çimərliyində istirahət etdiyi vaxt kömək istəyən şəxsin səsini eşidib.

45 yaşlı Andrea Benedetto batmaq üzrə olarkən Manyini cəld ona tərəf üzüb və xilasedicilər gələnədək suyun üzərində saxlayıb. İdmançı Benedettonu üfürülmüş döşəkçə üzərinə qoyub.

Filippo Manyini: "Yanına getdiyimdə çox su udmuşdu, qorxmuşdu və danışa bilmirdi. Mən, sadəcə, etməli olduğumu etdim".